
Bakı. Trend:
Məhəmməd Salah mersisayd derbisində növbəti dəfə fərqlənib.
Trend xəbər verir ki, “Liverpul”un vingeri “Everton” ilə oyunda fasiləyə qədər hesabı
açıb. Misirli futbolçu 29-cu dəqiqədə qol vuraraq derbidəki qol
sayını 9-a çatdırıb.
Bununla da Salah Steven Cerrardın rekordunu təkrarlayıb. Hər iki
futbolçu Premyer Liqa tarixində mersisayd derbilərində “Everton”a
qarşı 9 qol vurub.

