Lavrov: Ukrayna Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq

Baş səhifə

Avropa İttifaqının təhlükəsizlik sahəsində gücləndirilməsi Rusiyaya qarşı yönəlib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukraynanın Aİ-yə daxil olması birliyin hərbiləşdirmək istəyənlər tərəfindən istifadə olunacaq.

Eyni zamanda, Lavrov vurğulayıb ki, Ukrayna Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq.

“Aİ-nin daxili problemləri baxımından Ukraynanın qoşulması pis fikir olmaya bilər. O zaman onlar sadəcə dağılacaqlar”,- Rusiya XİN başçısı yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir