
Bakı. Trend:
Danimarka Silahlı Qüvvələri Qrenlandiya ərazisində hərbi
təlimlər təşkil edib.
Trend-in Reuters-ə
istinadən məlumatına görə, bu barədə Danimarkanın Arktika
qüvvələrinin komandanı Soren Andersen açıqlama verib.
“Biz Amerikanın Pituffik bazasındakı həmkarlarımızla əməkdaşlıq
edirik, lakin onların bölmələri bu təlimlərə dəvət edilməyib”, –
deyə Andersen bildirib.
Hərbi analitik Hans Peter Mişelsen isə təlimləri Danimarkanın
NATO müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində ərazi idarəçiliyinə
məsuliyyətli yanaşmasının göstəricisi adlandırıb.