
Bakı. Trend:
İsrail ordusu İranın İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin
Tehrana səhər saatlarında endirilən hava zərbələrindən biri
nəticəsində öldürüldüyünü təsdiqləyib.
Trend xəbər
verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail Müdafiə
Qüvvələri (IDF) Baş Qərargah Rəisi general-leytenant Eyal Zamirlə
keçirdiyi iclasda bu barədə məlumatlandırılıb.
“İranın rəhbərləri təqib hissi ilə yaşayır. Biz onları bir-bir
ovlamağa davam edəcəyik,”-deyə Katz bildirib.
xxx
11:42
Bu gün səhər saatlarında ABŞ və İsrailin İrana hərbi hava
hücumları nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademi
ölüb.
Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı
Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, o uzun illər SEPAH-ın kəşfiyyat xidmətində
fəaliyyət göstərib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

