Azərbaycan kikboksçuları İtaliyada keçirilən Avropa çempionatında uğurla çıxış ediblər

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 12-dən 21-dək İtaliyanın Lido Jesolo şəhərində
kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər
arasında Avropa çempionatı keçirilib.

Trend xəbər verir ki,
Azərbaycan millisinin üzvləri yarışda yüksək nəticə göstərərək, 5
qızıl, 6 gümüş və 10 bürünc medal qazanıblar. Ümumilikdə 41 ölkə
arasında mübarizə aparan yığma medal sıralamasında 14-cü yeri
tutub.




Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli
hakim Səbinə Qiyasova Avropa çempionatında beynəlxalq A
kateqoriyası qazanmaqla yanaşı, yarışın ən yaxşı qadın rinq hakimi
adına da layiq görülüb.