Bakı limanının ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində işlər aparılır

Baş səhifə

Bakı.Trend:

Bakı Limanında ötürücülük qabiliyyətinin 25 milyon tona
çatdırılması istiqamətində genişləndirmə işləri aparılır.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Samir Məmmədov bu gün Bakıda keçirilən 19-cu Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda çıxışı zamanı
bildirib.

“Son illərdə qlobal təchizat zəncirlərində baş verən fasilələr
açıq şəkildə göstərdi ki, səmərəli, dayanıqlı və yaxşı
əlaqələndirilmiş nəqliyyat dəhlizləri qlobal ərzaq
təhlükəsizliyinin təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Bu
kontekstdə əlaqəliliyin gücləndirilməsi və malların fasiləsiz
hərəkətinin təmin edilməsi ümumi prioritetə çevrilib”,- deyə nazir
müavini bildirib.

Onun sözlərinə görə, əsas şərq-qərb və şimal-cənub ticarət
marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Avropa ilə Asiya
arasında təbii körpü rolunu oynayır:

“Bu üstünlükdən istifadə edən ölkə milli strategiyada mərkəzi
yer tutan Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir”.




S. Məmmədov əlavə edib ki, bu baxışın konkret fəaliyyət planına
çevrilməsi üçün dövlət “Azərbaycan Respublikasının ərazisindən
keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının
artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı
illər üçün Fəaliyyət Planını qəbul edib. Bu plan ölkənin tranzit
potensialının gücləndirilməsinə yönəlmiş kompleks yol
xəritəsidir:

“Plan dörd əsas istiqaməti əhatə edir: fiziki infrastrukturun
inkişafı, əməliyyat səmərəliliyinin artırılması, beynəlxalq
tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi və nəqliyyat
proseslərinin rəqəmsallaşdırılması”.

“Azərbaycan Avrasiya boyunca “qüsursuz” nəqliyyat əlaqələrinin
təmin edilməsi məqsədilə iri infrastruktur layihələrinə ardıcıl
şəkildə sərmayə yatırır. Bunun əsas nümunələrindən biri Orta
Dəhlizdə mühüm rol oynayan və hazırda illik 5 milyon tonadək
ötürücülük qabiliyyətinə malik olan Bakı–Tbilisi–Qars dəmir
yoludur.

Bundan əlavə, Bakı Limanı Xəzər dənizində iri multimodal qovşaq
kimi fəaliyyət göstərir və hazırda 15 milyon tonluq ötürücülük
qabiliyyətinə malikdir, eyni zamanda bu göstəricinin 25 milyon tona
çatdırılması istiqamətində işlər aparılır”,- deyə nazir müavini
vurğulayıb.

“Azərbaycan Avrasiya boyunca “qüsursuz” nəqliyyat əlaqələrinin
təmin edilməsi məqsədilə iri infrastruktur layihələrinə ardıcıl
şəkildə sərmayə yatırır. Bunun əsas nümunələrindən biri Orta
Dəhlizdə mühüm rol oynayan və hazırda illik 5 milyon tonadək ötürmə
qabiliyyətinə malik olan Bakı–Tbilisi–Qars dəmir yoludur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir