Çin şirkətləri Azərbaycanda tullantıların təkrar emalı və onlardan enerji istehsalında maraqlıdır

Baş səhifə

Bakı. Trend:

Məişət tullantılarını emal edərək elektrik enerjisi istehsalı
istiqamətində Çində artıq 70-dən çox zavod tikilib. Bundan başqa,
Orta Asiyada, məsələn, Özbəkistanda da bu tipli 5 zavod inşa
olunması barədə razılıq əldə olunub.

Bunu Trend
açıqlamasında Çin Xaricdə İnkişaf Assosiasiyasının Biznesin
İnkişafı Departamenti Layihə meneceri Simenq Vanq Bakıda keçirilən
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində
bildirib.

Onun sözlərinə görə, Çin şirkətlərinin xarici emissiyalarla
əməkdaşlıq funksiyası bugünkü forumun formatı ilə üst-üstə düşür: “Bu, Azərbaycan İnvestisiya Forumunun ilk sessiyasıdır. Bizim
funksiyalarımız da məhz bu məqamda üst-üstə düşür və ona görə də bu
dəfə iştirak edirik.

Forumdan əlavə, bəzi şirkətləri və zavodları da ziyarət edəcəyik
ki, yeni imkanlar tapa bilək. Məişət tullantılarını emal edərək
elektrik enerjisi istehsalı istiqamətində Çində artıq 70-dən çox
zavod tikilib. Bundan başqa, Orta Asiyada, məsələn, Özbəkistanda da
bu tipli 5 zavod inşa olunması barədə razılıq əldə olunub. İndi də
Azərbaycanda belə zavodlar qurmaq üçün investisiya imkanları
axtarırıq. Yəni tullantıların təkrar emalı və onlardan enerji
istehsalı mövzusuna böyük maraq var”.

Assosiasiyası rəsmisi qeyd edib ki, bundan başqa, günəş və digər
alternativ enerji sahələri üzrə də böyük maraq var: “Buraya yalnız
günəş enerjisi deyil, həm də aerotransport, elektrik avadanlıqları,
transformator istehsalı və digər istiqamətlər daxildir. Çin
şirkətləri indi yaxşı tərəfdaş tapmaq istəyirlər. Azərbaycan
hökuməti də əlverişli investisiya mühiti təqdim edə bilər. Əgər
belə şərait olsa, bir çox problemlər həll olunar.




Bundan əlavə, çinli sahibkarların nəqliyyat və logistika
sahəsinə də böyük marağı var. Çünki Azərbaycan coğrafi baxımdan
ideal məkandadır. Xəzər dənizi vasitəsilə Çin ilə Avropa arasında
çox yaxşı əlaqə qurmaq mümkündür. Hazırda yeni bir marşrut
formalaşır – Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçən
yol. Bu isə Transxəzər Nəqliyyat Dəhlizi adlanır və çox vacib
layihədir. Mən hesab edirəm ki, bu, yeni imkanların açılması
baxımından çox mühüm addımdır. Çin şirkətləri də məhz belə
fürsətləri axtarır.

Əvvəllər biz yalnız Azərbaycanın neft potensialını bilirdik.
Amma indi gördük ki, burada böyük sənaye müəssisələri də var və
Çində bu cür məhsullara böyük tələbat mövcuddur. Buna görə də bir
çox şirkətlər xaricdə investisiya etmək, yeni bazarlar tapmaq
istəyirlər. Mən hesab edirəm ki, Bakı bu baxımdan yeni və çox yaxşı
bazardır. Çindən investorların cəlb olunması çox vacibdir”.

“Biz buradan əsas mesaj vermək istəyirik ki, Azərbaycanda belə
forumlar davamlı keçirilməlidir. Bu gün ilk sessiyadır, amma çox
önəmlidir. Xarici investorların iştirakı, onların məlumat alması və
hökumətlə birbaşa əlaqə qurması üçün belə platformalar çox
gərəklidir. Buna görə də bu forumların hər il yüksək səviyyədə
keçirilməsi vacibdir.

Xarici investorlar bu tədbirlər vasitəsilə hansı sahələrə
sərmayə qoymağın lazım olduğunu öyrənirlər. Onlar həmçinin Bakıda
hansı imkanlar olduğunu, buradan necə yaxşı gəlir və əməkdaşlıq
əldə edə biləcəklərini görürlər”, – deyə Simenq Vanq qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir