Hərbi memorialda aparılan yenidənqurma işləri şəhidlərimizin əziz xatirəsini özündə əks etdirir – Anar Eyvazov

Baş səhifə

Bakı.Trend:

Şəhid ailələri, şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan
Respublikasının Prezidenti,Ali Baş Komandanımız İlham Əliyevin,
həmçinin ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın
daim diqqət mərkəzindədir. “Konstitusiya və Suverenlik ili “
çərçivəsində Vətən müharibəsinin beşinci ili münasibətilə Ali Baş
Komandanımızın göstərişinə uyğun olaraq, Hərbi memorial məzarlıqda
genişmiqyaslı bərpa işləri həyata keçirilib.

Trend xəbər
verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə
Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov Anım Günü ilə
bağlı İkinci Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında
deyib.

A.Eyvazov bildirib ki, Birinci Qarabağ müharibəsi, Aprel
döyüşləri, İkinci Qarabağ müharibəsi, Antiterror əməliyyatları
daxil olmaqla digər əməliyyatlarda , eləcə də helikopter qəzasında
şəhid olmuş hərbi qulluqçularımızın, vətənə xidmətdə xüsusi
fərqlənən generallarımızın və dövlət tərəfindən təltif olunmuş
mülki şəxslərin uyuduğu bu ərazilərdə aparılan yenidənqurma işləri
nəticəsində daş hasar aradan qaldırılıb.

“Ali Baş Komandanımızın göstərişi ilə təşkil edilən yenidənqurma
işlərində 12 Milli Qəhrəman, 11 Vətən müharibəsi qəhrəmanı,
ümumilikdə 670 şəhidimizin uyduğu bu ərazilərdə şəhid ailələrinin
istəkləri də nəzərə alınıb ərazidə Vətən müharibəsini simvolizə
etdirən 44 metrlik monumental abidə ucaldılıb. Vətən müharibəsinin
hər gününü üzərində əks etdirən lövhələr quraşdırılıb”.




Qeyd edilib ki, ərazidən aparılan yenidənqurma işlərində bizim
üçün müqəddəs olan bu ərazi xalqımızın milli-mənəvi dəyərlərini,
eləcə də şəhidlərimizin əziz xatirəsini öz üzərində əks etdirir.
İnanıram ki, bu ərazini ziyarət edən hər bir vətəndaşımız
şəhidlərimizin fədakarlığını hiss edəcək:

“Anım günü ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin rəhbər
heyəti Ulu Öndər Heydər Əliyevin məzarınl ziyarət edib, Şəhidlər
Xiyabanını, Zəfər kompleksini ziyarət edərək şəhidlərimizə hörmət
və ehtiram nümayiş etdiriblər. Həmçinin hərbi hissələrdə Anım günü
ilə əlaqədar kompleks tədbirlər həyata keçirilir.

Ali Baş Komandanımızın göstərişi ilə Müdafiə Nazirliyinin
Yasamal rayon İcra Hakimiyyətinin və Bakı Abadlıq Xidməti ilə
qarşılıqlı həyata keçirilən kompleks yenidənqurma tədbirləri
nəticəsində bu ərazilər xalqımızın milli-mənəvi dəyərlərini, eləcə
də şəhidlərimizin əziz xatirəsini əks etdirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir