Xaçmazda oğurluqda şübhəli bilinən şəxsin avtomobilində narkotik aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında
keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ
dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər
məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.




Bildirilib ki, həmin şəxs avtomobilinə baxış keçirilən zaman
narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar
olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir