Bakıda taksilərin qiyməti artacaq?

Baş səhifə

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda minimum gediş haqqı 60 qəpik müəyyən edilib. Yeni tariflər taksilərdə də qiymət artımı məsələsini gündəmə gətirir.

İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, aidiyyəti qurumlar qiymətlərin artmasının səbəbini maya dəyərinin yüksək olması ilə izah edirlər:

“Təəssüf ki, qiymətlər artır, amma keyfiyyət dəyişmir. İctimai nəqliyyatda yeni qiymət artımı xidmətin keyfiyyətini də yüksəltsəydi, bu, başqa məsələ olardı. Biz dəfələrlə təklif etmişik ki, birdəfəlik gediş haqqı sistemi düzgün deyil. Differensial, çox gedişli və zamana bağlı biletlər sisteminə keçmək lazımdır. Təəssüf ki, bu təkliflər reallaşmır və aidiyyəti qurumlar problemi yenə də yalnız birdəfəlik gediş haqqını artırmaqla həll etməyə çalışırlar. Halbuki problemlərin həlli qiymət artımında deyil”.

N.Cəfərli qeyd edib ki, ictimai nəqliyyatda qiymətin qalxması digər sahələrdə də qiymət artımı ehtimalını yüksəldir.

Qeyd edək ki, bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir