
Bakı. Trend:
Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü
münasibətilə keçirilən hərbi paradda Dövlət Təhlükəsizliyi
Xidmətinin “Qartal” xüsusi təyinatlılarından ibarət heyət də
iştirak edib.
Trend-in
məlumatına görə, “Qartal” xüsusi təyinatlılarının parad heyətinə
“Qarabağ” ordenli general-mayor Cabir Cəfərov rəhbərlik edib.

