ABŞ-nin İrana qarşı üç ssenarisi var

Baş səhifə

ABŞ maliyyə naziri Bessent Vaşinqtonun İranla bağlı gələcək siyasətinin üç mümkün istiqamətini açıqlayıb.

Modern.az xəbər verir ki, o, bunu Reyqan adına İqtisadi Forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ilk variant Tehranla razılaşmanın əldə olunmasıdır. İkinci ssenari isə razılaşma baş tutmasa belə, İrana qarşı iqtisadi təzyiqlərin və blokada siyasətinin davam etdirilməsini nəzərdə tutur.

“Üçüncü variant isə yenidən kinetik, yəni hərbi xarakterli addımlara qayıtmaqdır”, — deyə Bessent vurğulayıb.

O əlavə edib ki, hazırkı təzyiq siyasəti İran üçün vəziyyəti hər gün daha da çətinləşdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir