
Bakı. Trend:
ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel
Messi futbol tarixində 400 məhsuldar ötürmə edən ilk oyunçu
olub.
Trend-in
məlumatına görə, Messi bu göstəriciyə Əsas Futbol Liqasının (MLS)
pley-off mərhəlisində 1/8 finalının üçüncü oyununda “Neşvill”ə
qarşılaşmada çatıb. Oyun ev sahibi komandanın 4-0 hesablı qələbəsi
ilə başa çatdı. Messi iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə
də etdi.
Messi ən çox məhsuldar ötürmə “Barselona”da edib – 269. O,
həmçinin komanda yoldaşlarına Argentina millisində 60, “İnter
Mayami”də 37 və “Paris Sen-Jermen”də 34 məhsuldar ötürmə edib.

