ABŞ nüvə silahı istehsalını artırır

Baş səhifə

Bakı. Trend:

ABŞ Soyuq müharibənin başa çatmasından sonra ən yüksək həcmdə
nüvə silahı istehsalı həyata keçirir.

Trend xəbər verir ki, bunu
ABŞ-ın energetika naziri Kris Rayt Nümayəndələr Palatasının Büdcə
Təxsisatı Komitəsində keçirilən dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Energetika Nazirliyinin Milli Nüvə
Təhlükəsizliyi Administrasiyası yeni və artmaqda olan təhdidlər
şəraitində təhlükəsiz, etibarlı və effektiv nüvə çəkindirmə
missiyasını davam etdirir.




Rayt bildirib ki, nazirlik Soyuq müharibədən bəri görünməmiş
səviyyədə yeni silahların tədarükünü həyata keçirir.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında Strateji Hücum
Silahlarının Azaldılması Müqaviləsinin müddəti fevralın 5-də başa
çatıb. Bununla yanaşı, Vaşinqton Moskvanın əsas məhdudiyyətlərin
daha bir il qüvvədə saxlanılması ilə bağlı təklifini faktiki olaraq
dəstəkləməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir