Ermənistanla normallaşma prosesi Azərbaycanla sinxron şəkildə həyata keçirilir – Türkiyə Prezidenti

Baş səhifə

Bakı. Trend:

Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron
şəkildə həyata keçirir.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycana səfərindən qayıdarkən jurnalistlərin suallarını
cavablandırarkən deyib.

O bildirib ki, Zəfərdən sonra bölgədə sülh küləkləri əsir və
Türkiyə olaraq biz bundan məmnunuq.

“Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və
mənzil tikintisi getdikcə artır. Biz də bu prosesdə Azərbaycana
lazımi töhfələri veririk”, – deyə Türkiyə prezidenti əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir