“Qarabağdakı böyük inkişaf güclü liderliyinin göstəricisidir” –

Baş səhifə

“İndi Qarabağda böyük inkişaf var və bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyinin göstəricisidir”.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir: “Biz “Türkiyə sona qədər Azərbaycanın yanındadır” dedik və sözümüzün üstündə durduq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir