İndiyədək Qazaxın azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin
aprel ayından etibarən minatəmizləmə fəaliyyəti həyata
keçirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mina
Təmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, aparılan əməliyyatlar zamanı ümumilikdə 223,7
hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




“İndiyədək 1 059 ədəd piyada əleyhinə mina, 99 ədəd tank
əleyhinə mina və 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib”, – qurumdan əlavə olunub.

Qeyd edək ki, ANAMA-nın həftəlik məlumatına əsasən, ötən ay 7
022,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan
təmizlənib.

Xatırladaq ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın
2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında qaytarılıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir