Almaniya Ukraynaya əlavə 40 milyon avro humanitar yardım ayıracaq

Baş səhifə

Almaniya qış mövsümü ərəfəsində Ukraynaya əlavə olaraq 40 milyon avro məbləğində humanitar yardım ayıracaq.

APA DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kanadaya səfəri zamanı açıqlama bildirib.

Yardım vəsaitləri əsasən istilik sistemlərinin bərpasına, dağıdılmış binaların təmirinə, elektrik generatorlarının tədarükünə, eləcə də yorğan, geyim və gigiyena vasitələri kimi zəruri əşyaların təminatına yönəldiləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir