
Bakı. Trend:
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-pri
turnirində iştirak edəcəklər.
Trend xəbər verir ki,
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən yarış noyabrın
14-dən 16-dək davam edəcək.
Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük
məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi
Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində
15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Kişilər
60 kq Hüseyn Allahyarov Murad Muradlı
66 kq İslam Rəhimov Nazir Talıbov
73 kq İbrahim Əliyev Rüfət Şövlətov
81 kq Vüsal Qələndərzadə
90 kq Aslan Kotsoyev Vüqar Talıbov
100 kq Əjdər Bağırov
+100 kq Camal Qamzatxanov Kənan Nəsibov
Qadınlar
48 kq Könül Əliyeva
52 kq Aydan Vəliyeva Gültac Məmmədəliyeva
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 49 ölkədən 398
idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.

