
Bakı. Trend:
“Barselona” mövsümün sonunda klubla müqaviləsi başa çatan Robert
Levandovskiyə əvəzləyici axtarır.
Trend xəbər verir ki,
İspaniya çempionunun əsas hədəfi “Bavariya”da çıxış edən Harri
Keyndir. Bu barədə “Guardian” nəşri məlumat yayıb.
İngiltərəli forvardın Almaniya klubu ilə müqaviləsindən gələn
ilin yayı üçün nəzərdə tutulmuş 62 milyon avroluq sərbəstqalma
bəndi yer alıb. Bunu nəzərə alan “Barselona” 32 yaşlı hücumçu üçün
hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, “Bavariya” Harri Keyni 2022-ci ilin yayında “Tottenhem”dən 95 milyon avroya transfer edib. İngiltərə millisinin
üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 22
rəsmi matçda 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

