
Daşkənd. Trend:
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün Azərbaycan və
Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycan
Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
“Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhət görüşlərində
üçüncü dəfədir iştirak edir”, – deyə Prezident İlham Əliyev
bildirib.
Dövlət başçısı son üç ildə Orta Asiya ölkələrinə 14 dəfə səfər
etdiyini qeyd edib.

