Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Moldova Prezidenti Maya Sandu azərbaycanlı həmkarı İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.

Trend məktubu
təqdim edir:

Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan
xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh
və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid
edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və
tərəqqiyə aparan ən etibarlı yoldur.

Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu
davam etdirməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir