Nəsimi və Xəzər rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Baş səhifə

Bakı.Trend:

Nəsimi rayonu ərazisində yerləşən anbarların birindən 5000 manat
dəyərində təmir-tikinti materialları oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı
Ə.Kiçibəyov müəyyən olunaraq saxlanılıb.




Xəzər rayonunda isə qoruqların birinə məxsus sahədən 400 manat
dəyərində naqil və plafon işıqlar, həmçinin bir nəfərin yaşadığı
evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən 36 yaşlı
T.İbadov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir