
Ağdərə. Trend:
Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz və Vəngli
kəndlərinə çatıb.
Trend-in yerli
müxbiri xəbər verir ki, bu gün rayonun Həsənriz kəndinə ölkənin
müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati
binalarda müvəqqəti məskunlaşmış 23 ailə (93 nəfər) öz doğma
yurduna qayıdışı təmin olunub.
Bununla da kəndə köçürülən ailələrin sayı ümumi sayı 228 ailə
(857 nəfər) çatdırılıb.
Bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndi 4 ailənin (11 nəfər)
qayıdışı baş tutub.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla Vəngli kəndinə qayıdan
ailələrin sayı 100-ə (385 nəfər) çatıb.
16:15
xxx
Ağdərə rayonunun Həsənriz və Vəngli kəndinə növbəti köç karvanı
yola salınıb.
Trend-in yerli
müxbirinin xəbərinə görə, bu mərhələdə Vəngli kəndinə 4 ailə – 11
nəfər, Həsənriz kəndinə 23 ailə – 93 nəfər doğma yurda qayıdır.
Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində
yataqxanalarda sanatoriya binalarında məskunlaşan sakinlərdir.
Bu köç də daxil olmaqla, Ağdərə rayonunun Həsənriz kəndində 228
ailə 857 nəfər məskunlaşıb.

