Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Baş səhifə

Azərbaycanın energetika naziri Pərviz Şahbazov World Urban Forum 13 çərçivəsində Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ilə görüş keçirib.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə ikitərəfli enerji əməkdaşlığı gündəliyində yer alan məsələlərlə yanaşı, elektrikləşmə, enerji mənbələri və marşrutlarının diversifikasiyası, enerji bağlantıları və ekoloji təhlükəsizlik istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir