Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasının göstərişlərinə
əməl etməməyə hərbçiləri çağıran Demokrat Partiyasının senator və
konqresmenlərini xəyanətkar adlandırıb.

Trend xəbər verir ki, o, bunu “Truth Social” sosial şəbəkəsində yazıb.




O bildirib: “Hərbçiləri mənim əmrlərimə tabe olmamağa səsləyən
xəyanətkarlar dərhal həbs edilməlidir… Bu, ən ağır səviyyədə üsyana
təhrikdir və üsyana təhrik ciddi cinayətdir”.

Sonrakı paylaşımında Tramp əlavə edib ki, bir çox hüquqşünaslar
bu addımı cinayət kimi dəyərləndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir