Azərbaycan və İran bölgədə hərbi toqquşmaların dayandırılmasının vacibliyini vurğulayıblar

Baş səhifə

Bakı. Trend:

30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri
Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı
daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq
ifadə olunub.

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması
istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi
vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir