
Bakı. Trend:
İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvü
olaraq dinc məqsədli nüvə enerjisindən istifadəni öz haqqı hesab
edir.
Trend-in
məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu
gün (23 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran öz mənafeyini qorumaq üçün bütün
mümkün yolları diqqət mərkəzində saxlayır. Bu əsasda nüvə
enerjisindən istifadənin olunması prosesini davam etdirməkdə
qətiyyətlidir.
Bəqai bildirib ki, nüvə məsələsi haqda qərar ölkə səviyyəsində
veriləcək. Bu barədə qərar verildiyi zaman onun detalları
açıqlanacaq. Nüvə məsələsi ilə əlaqədar hər bir qərar İranın
mənafeyinin qorunması və NPT-yə əsasən olacaq.
Qeyd edək ki, 20 noyabrda Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin Direktorlar Şurasında qəbul olunan qətnamədə İrandan
60%-lik zənginləşdirilən uran ehtiyatları haqda dəqiq məlumatları
agentliyə verməsi, İranın nüvə obyektlərinə baxış keçirmək üçün
şərait yaratması istənilib.
Qeyd edək ki, 28 sentyabrda BMT Təhlükəsizlik Şurası 2231 saylı
qətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasının
digər qətnamələrini bərpa edib.
Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası
2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq
olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar
genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü
müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin
planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.

