NATO qırıcıları Estoniyada növbəti təlim uçuşlarına başlayıb

Baş səhifə

Bakı. Trend:

NATO-ya üzv ölkələrin hərbi hava qüvvələrinin qırıcıları
Estoniyanın hava məkanında növbəti təlim uçuşları keçirir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, təlimlər 24–30 noyabr tarixləri ərzində davam
edəcək. Manevrlərin bir hissəsi yerin səthindən 152 metrdən az
olmamaqla alçaq yüksəkliklərdə baş tutacaq. Təlimlər çərçivəsində
səs sürətini aşan uçuşlar da yerinə yetiriləcək.

Öz hərbi aviasiyası olmayan Baltik ölkələrinin hava məkanına
nəzarəti NATO müttəfiqləri təmin edir. 2004-cü ildən etibarən
alyans ölkələrinin qırıcıları rotasiya əsasında Litvadakı Zoknyay
bazasında dislokasiya olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir