İsrail ordusu Livan əhalisinə çağırış edib

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu Livanın cənubundakı Deyr-Əməs yaşayış məntəqəsinin
sakinlərini planlaşdırılan hava zərbəsi barədə xəbərdar edərək
onları təcili təxliyə olunmağa çağırıb.

Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Avixay
Edri “X” sosial şəbəkəsində ərəb dilində müraciət paylaşıb.




İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndəsi bildirib ki, həmin
yaşayış məntəqəsindən “Hizbullah”ın silahlı qrupları hücumlar
həyata keçirir.

“Deyr-Əməsdən həyata keçirilən raket atəşləri İsrail ordusunu
terrorçulara qarşı qəti tədbirlər görməyə məcbur edir. Buna görə də
öz təhlükəsizliyiniz naminə dərhal evlərinizi tərk etməli və
yaşayış məntəqəsindən ən azı bir kilometr uzaqlaşmalısınız”,- deyə
müraciətdə bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir