
Bakı.Trend:
Kəlbəcər rayonu üzrə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə 28
tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən
bildirilib.
Qeyd edilib ki, Kəlbəcər rayonunda yerləşən 28 abidədən 1-i
dünya əhəmiyyətli memarlıq (Xudavəng monastırı), 2-i ölkə
əhəmiyyətli memarlıq (Lex qalası, monastır) nümunələridir.
Həmçinin açıqlanıb ki, 28 abidədən 3-ü ölkə əhəmiyyətli
arxeoloji (Zar mağara düşərgəsi, Qayaüstü təsvirlər, yaşayış yeri),
16-sı yerli əhəmiyyətli memarlıq (Comərd qalası, Qırmızı məbəd və
s.) , 1-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi,
5-i isə dekorativ-tətbiqi sənət nümunələridir (Daş qoç
fiqurları)”,-deyə qurumdan əlavə edilib.

