
Bakı. Trend:
Respublika Diaqnostika Mərkəzinin PR və Marketinq Şöbəsinin
rəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.
Trend-in
məlumatına görə, o, bu vəzifəyə ötən ilin avqust ayında təyin
olunub.
Hazırda sözügedən vəzifəyə yeni təyinat həyata keçirilməyib.
Qeyd edək ki, S.Oruc müxtəlif dövrlərdə ARB TV və AzTV
kanallarında müxbir kimi fəaliyyət göstərib.
O, həmçinin Liv Bona Dea Hospital xəstəxanasında İctimaiyyətlə
Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

