Azərbaycan xurma idxalını azaltdı

Baş səhifə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 9,1 milyon ABŞ dolları dəyərində 5 702 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 22 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % az) 4 049 ton (-20 %), Tunisdən 2,1 milyon ABŞ dolları dəyərində (-18 %) 1 103 ton (-20 %), İsraildən 908 min ABŞ dolları dəyərində (+62 %) 124ton (+62 %), Fələstindən 727 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 98 ton (+5dəfə), Əlcəzairdən 349 min ABŞ dolları dəyərində (-71 %) 188 ton (-72 %) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük (0,3 min ABŞ dolları dəyərində 0,04 ton) həyata keçirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir