Azərbaycan və Türkiyə arasında müdafiə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi mövzusu müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar
Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə
Respublikasının paytaxtı Ankara şəhərində rəsmi səfərdədir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, səfər çərçivəsində V.Mustafayev Türkiyə
Respublikasının milli müdafiə naziri Yaşar Gülər, həmçinin Müdafiə
Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşlər keçirib.




Görüşlərdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi
sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da inkişaf
etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin artırılması
və yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr
edilib.

Əməkdaşlığın gücləndirilməsinin iki qardaş ölkənin təhlükəsizlik
və müdafiə sahələrində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq,
müasir texnologiyaların və müdafiə sistemlərinin tətbiqi və inkişaf
etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində elmi
mübadilə, birgə təlimlər və strateji layihələr üzrə işbirliyinin
dərinləşdirilməsi haqda danışıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir