Tacikistan Əfqanıstanla sərhədinin mühafizəsində iştirak etməsi üçün Rusiya ilə danışıqlar aparır

Baş səhifə

Tacikistan Əfqanıstanla sərhədinin mühafizəsində iştirak etməsi üçün Rusiya ilə danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə Tacikistanın təhlükəsizlik sistemindən olan 3 anonim mənbə “Reuters”ə bildirib.

Məlumata görə, rəsmi Düşənbə Rusiyanın Tacikistan-Əfqanıstan sərhədinə öz qüvvələrini göndərməsini və Əfqanıstanla sərhədi Tacikistanla birgə mühafizə etməsini istəyir.

“Biz danışıqlar aparırıq. Düşünürəm ki, bu həftə ərzində yekun qərar veriləcək” mənbə məlumat verib.

Qeyd edək ki, ötən həftə Əfqanıstandan Tacikistana edilən hücum nəticəsində 5 Çin vətəndaşı öldürülmüş və daha 5 nəfər isə yaralanmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir