Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13)
çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin ətraf
mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti
Murat Kurum arasında görüş olub. COP29-un Prezidenti Muxtar
Babayevin də iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə
liderlərinin qardaşlığı və siyasi iradəsinin gücü ilə
münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
İki ölkə arasında neft-qaz, elektrik enerjisi və enerji
bağlantıları sahələrində uzunmüddətli strateji enerji
tərəfdaşlığının hazırda enerji səmərəliliyi üzrə genişlənməsindən
məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Enerji Forumunun əsas
istiqamətlərindən biri olan enerji səmərəliliyi sahəsində fəal
əməkdaşlıq həyata keçirildiyi və Türkiyə təcrübəsinin faydalı
olduğu bildirilib. Söhbət zamanı Azərbaycanın enerji səmərəliliyi
ilə bağlı həyata keçirdiyi tədbirlər, “Enerji Effektivliyi Fondu”
barədə məlumat verilib. Ölkəmizin COP təcrübəsini qardaş Türkiyə
ilə bölüşməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüşdən sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi
ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim
Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə
texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin ətraf
mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum
imzalayıblar.




Anlaşma Memorandumu binalarda enerji səmərəliliyinə dair
qanunvericilik, “Binalarda Enerji Səmərəliliyi Tətbiqi” üzrə
hesablama metodologiyası, tikinti prosesində “Enerji Səmərəliliyi
Sertifikatı” mərhələləri və bu istiqamətdə təlim proqramlarının
təşkili, bərpa olunan enerji mənbələrindən istifadə üzrə təcrübə
mübadiləsinin aparılması, qarşılıqlı iclasların, konfransların,
pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili
üzrə əməkdaşlığı əhatə edir. Sənəd hər iki tərəfin aidiyyəti dövlət
qurumlarının və təşkilatların nümayəndələrindən ibarət İşçi
Qrupunun yaradılmasını nəzərdə tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir