Hər kəsin aldığı bu məhsul bahalaşdı

Baş səhifə

Marketlərdə plastik torbaların qiyməti 2 qəpik bahalaşıb. Artıq kiçik plastik torbalar 5 qəpiyə, böyük ölçülü torbalar isə 7 qəpiyə təklif olunur. Bəs artıma nə səbəb olub?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, dövlət plastik və polietilen torbaların pullu olmasına dair tələb irəli sürsə də, onların qiymətini tənzimləmir.
Onun sözlərinə görə, ehtimal ki, polietilen torbaları istehsal edən müəssisə qiymətləri artırıb:

“Bu məhsulun qiyməti nə Tarif Şurası tərəfindən, nə Nazirlər Kabineti, nə də Rəqəmsal Texnologiya Nazirliyi tərəfindən tənzimlənir. Halbuki ölkədə qiymətləri müəyyən etmək səlahiyyəti olan üç qurum məhz bunlardır. Onların heç birinin polietilen torbaların qiymətini tənzimləmək səlahiyyəti yoxdur. Deməli, qiymət artımı şirkətin öz qərarıdır. Dövlət polietilen torba istehsal etmir”.

X.Kərimli bu torbaların qiymətinə nəzarət məsələsinə də aydınlıq gətirib:

“Əgər müəssisə monopolistdirsə və ya razılaşdırılmış hərəkətlərlə Rəqabət Məcəlləsini pozursa, bu halda İstehlak Bazarına Nəzarət və Antiinhisar Dövlət Agentliyi prosesi yoxlaya və həm vətəndaşların, həm də dövlətin maraqlarını qoruya bilər. Amma belə bir pozuntu aşkar olunmasa, qiymətlərə müdaxilə etmək mümkün deyil. Çünki bazar iqtisadiyyatında təsərrüfat subyektləri öz məhsullarının qiymətini sərbəst şəkildə müəyyən edə bilirlər”.

Ekspert gələcəkdə yenidən qiymət artımı olacağını da istisna etməyib.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir