
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana məhsul idxalının
həcmi 21,188 milyard ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, idxalda dövlət sektoru 6,9 milyard dollar, özəl
sektor 12,4 milyard dollar, fiziki şəxslər isə 1,9 milyard dollar
paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu
göstəricilər müvafiq olaraq 26,6%, 7,2% və 7,6% artıb.
Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 32,41%,
özəl sektorun 58,39%, fiziki şəxslərin isə idxalda payı 9,20%-ə
bərabər olub.
Eyni zamanda, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan
məhsul ixracının dəyəri 23,401 milyard ABŞ dolları olub.
Məlumata görə, ixracda dövlət sektoru 10,6 milyard dollar, özəl
sektor 12,6 milyard dollar, fiziki şəxslər isə 132,3 milyon dollar
paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu
göstəricilər müvafiq olaraq 6,6%, 1,3% və 10,4% azalıb.
Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 45,46%,
özəl sektorun 53,98%, fiziki şəxslərin isə idxalda payı 0,56%-ə
bərabər olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici
ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və
ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.

