
Bakı. Trend:
İsveçrə sakinlərinin təxminən yarısı ölkə əhalisinin sayının 10
milyon nəfərlə məhdudlaşdırılması ideyasını dəstəkləyir.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, təşəbbüs sağçı Xalq Partiyası tərəfindən irəli
sürülüb və məsələ gələn il referendumda müzakirəyə çıxarılacaq.
Sorğu nəticələrinə əsasən, seçicilərin 48 faizi əhali limitinin
tətbiqinə müsbət yanaşır. Lakin bu təşəbbüsün həyata keçirilməsi Aİ
ilə, o cümlədən insanların sərbəst hərəkəti barədə əsas sazişlərin
yenidən nəzərdən keçirilməsini tələb edəcək.
Qeyd olunur ki, İsveçrənin hazırkı əhalisi 9 milyondan bir qədər
çoxdur və hər dörd sakindən biri xaricdə doğulub. Demoqraflar əhali
sayının 10 milyonu 2035-ci ilə qədər ötəcəyini
proqnozlaşdırırlar.

