Azərbaycan və İran arasında Birgə Dövlət Komissiyasının iclası keçirilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycala İran arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ci
iclası keçirilir.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat
verilib.

Birgə Dövlətlərarası Komissiyanın iclası Azərbaycanın Baş
nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma
naziri Fərzanə Sadeqin rəhbərliyi ilə keçirilir.

İclasda tərəflər ikitərəfli əməkdaşlığın bütün istiqamətləri
üzrə danışıqlar aparılacaq, gələn ilədək iki ölkə arasında
reallaşdırılmalı və inkişaf etdirilməli olan proqram və
potensiallar müzakirə ediləcək.

İki ölkə arasında ən mühüm əməkdaşlıq istiqamətlərindən biri
nəqliyyat sahəsi və birgə sərhəd infrastrukturunun inkişafıdır və
bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə olunub.

Həmçinin iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika
sahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq.
Xüsusiilə, Şimal–Cənub Nəqliyyat Dəhlizinin potensialının tam
reallaşdırılması baxımından Rəşt–Astara dəmiryolu xəttinin
tikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən
“Xudafərin” və “Qız Qalası” SES-ləri, eləcə də “Ordubad” –
“Marazad” SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləri
iclasın gündəliyini təşkil edəcək. İclasda Ağbənd-Kəlalə körpüsünün
tikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsi
müddətinin də müzakirə ediləcəyi gözlənilir.

İclasın sonunda iqtisadi, mədəni və digər əməkdaşlıq sahələrində
aparılmış danışıqların və əldə olunmuş razılaşmaların yekunu üzrə
birgə komissiyanın həmsədrləri tərəfindən yekun memorandum
imzalanacağı gözlənilir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir