DGK “Yaşıl dəhliz”dən istifadənin aşağı düşməsinə aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

“Yaşıl dəhliz”dən istifadə səviyyəsi ona görə aşağı düşüb ki,
açıq müstəvidə tam şəffaf risk parametrləri müəyyən olunub.

Trend xəbər
verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq
Şirinov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə
bildirib.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin kollegiyası tərəfindən
risk meyarları təsdiqlənib:




“Belə ki, hər hansı sahibkar “Yaşıl dəhliz”ə müraciət edən zaman
bununla bağlı artıq konkret risk meyarları var. Həmin risk
meyarları üzrə qiymətləndirmə aparılır. Sahibkara onun hansı risk
parametrlərinə cavab verib-verməsi barədə tam şəffaf şəkildə
məlumat verilir. Əgər bütün parametrlər üzrə onun hər hansı bir
riski müəyyən edilmirsə, təbii ki, “Yaşıl dəhliz iştirakçısı”
statusu ilə bağlı ona sənəd verilir. Yox, əgər hər hansı bir
parametrdə risk varsa, tam şəffaf şəkildə sahibkara bildirilir ki,
həmin parametr üzrə müəyyən düzəlişlərdən sonra növbəti dəfə
yenidən müraciət edə bilər. Bu məsələ hüquqi müstəvidə
sərtləşdirilib, həm gömrük tərəfi, həm sahibkar üçün belə bir
çərçivə müəyyən olunub”.

“Bu mənada şəffaflıq daha üst səviyyəyə qaldırılıb: “Yaşıl
dəhliz”dən istifadə səviyyəsi ona görə aşağı düşməyib ki, biz
kiməsə “Yaşıl dəhliz” statusunu vermək istəmirik, ya da imtina
edirik. Sadəcə olaraq açıq müstəvidə tam şəffaf risk parametrləri
müəyyən olunub”, – sədr müavini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir