Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə münasibətlərində yeni mərhələ açdı – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi
səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni
mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi hadisədir.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu səfər təkcə protokol xarakteri daşımır,
əksinə, çoxvektorlu əməkdaşlıq xəttinin dərinləşməsi, Avropa
İttifaqının mərkəzində yeni strateji tərəfdaşlıq modelinin
formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Prezidentlərin açıqlamaları, imzalanan sənədlər və verilən
mesajlar göstərir ki, Bakı–Bratislava xətti gələcək illərdə daha da
güclənəcək. Azərbaycan və Slovakiya dost ölkələr, strateji
tərəfdaşlar, Mərkəzi Avropa–Cənubi Qafqaz xəttində qarşılıqlı
maraqları tamamlayan dövlətlər kimi çıxış edirlər. 2023-cü ildə
imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə səfərin
siyasi çərçivəsini müəyyən edən əsas hüquqi-siyasi sənəddir. Bu
bəyannamə münasibətləri yüksəldən əsas platformadır və səfər həmin
sənədin reallaşma mərhələli olduğunu göstərir. Prezident İlham
Əliyevin nitqində ən çox vurğulanan istiqamətlərdən biri enerji
sahəsi oldu. Slovakiya uzun illər Rusiya qazından asılılıq səbəbilə
enerji təhlükəsizliyində diversifikasiyanı prioritet sayan ölkədir.
Azərbaycanın isə Avropanın enerji xəritəsində rolu sürətlə artır.
2024-cü illərdə ilk dəfə Azərbaycan qazı Slovakiyaya çatdırılıb.
Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Bununla Azərbaycan
boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında birinci
yeri tutur. Yeni qaz yataqlarının istismarı ilə Azərbaycanın ixrac
potensialı daha da artacaq. Bu, Azərbaycanın Avropanın enerji
təhlükəsizliyində mühüm strateji oyunçuya çevrildiyini bir daha
təsdiqləyir. Slovakiya üçün Azərbaycan enerji təchizatının
şaxələndirilməsi baxımından əvəzolunmaz tərəfdaşdır.”

A.Qarayev bildirib ki, müdafiə sənayesi əməkdaşlığı səfərin
digər mühüm istiqamətidir. Prezident İlham Əliyev xüsusilə
vurğuladı ki, əməkdaşlığın mahiyyəti hərbi ritorikaya yox, məhz
sənaye sinergiyası,texnoloji inkişaf, birgə istehsal, üçüncü
ölkələrə ixrac için ortaq məhsulların yaradılması kimi sahələrə
yönəlib.

“Slovakiyanın inkişaf etmiş hərbi-sənaye texnologiyaları ilə
Azərbaycanın maliyyə imkanlarının birləşməsi regionda yeni istehsal
güclərinin formalaşmasına şərait yarada bilər. Bu model həm
iqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətlidir. Slovakiya
nümayəndə heyətinin 8 Noyabr – Zəfər Günündə Bakıda iştirak etməsi
də siyasi-strateji münasibətlərin yüksək səviyyəsinin
göstəricisidir. Görüşdə yenilik data mərkəzləri və informasiya
texnologiyaları sahəsində birgə layihələrin müzakirə edilməsidir.
Slovakiya şirkətləri ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal sahədə
regional liderliyinə ciddi töhfə verə bilər.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir