
Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı
Hakan Fidan arasında telefon danışığı olub.
Trend xəbər verir
ki, bu barədə Abbas Əraqçi özünün “Telegram” kanalında paylaşım
edib.
Nazir qeyd edib ki, söhbət zamanı ABŞ və İsrailin İrana qarşı
hücumları müzakirə edilib və ən son regional və beynəlxalq
hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə
əməliyyat başladığı, İranın isə cavab olaraq İsrail ərazisinə
raketlər buraxdığı bildirilir. Həmçinin İran qüvvələrinin ABŞ-ın
Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum etdiyi, bəzi
region ölkələrinin isə təhlükəsizlik səbəbindən hava məkanını
müvəqqəti bağladığı məlum olub.

