Hansı hallarda hərbi vəzifəlilərin maaşlarının saxlanılacağı dəqiqləşib

Baş səhifə

Bakı. Trend:

İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallara
dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.




Mövcud qanunvericiliyə görə, hərbi mükəlləfiyyətlə bağlı
vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi
toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların
cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə
, habelə
hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam
olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə
yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda
və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər
tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə
hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin
təmin edilməsinə yönəldilmiş tədbirlər və s.)
iştirak
etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə
əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı
saxlanılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir