Sabahdan dəmir yolu qatarları Kürdəmir stansiyasında dayanacaq

Baş səhifə

Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Məlumata görə, bilet satışı 17 aprel tarixindən aparılır.

Qeyd edək ki, bu gün Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir