Metrodakı sıxlıq narazılıq yaratdı

Baş səhifə

Bu gün 08:10 radələrindən etibarən Bakı Metropoliteninin “Koroğlu” stansiyasında sıxlıq müşahidə olunub. “Həzi Aslanov” istiqamətindən hərəkət edən qatarlar dolu gəldiyi üçün yüzlərlə sərnişin “Koroğlu” stansiyasında qalıb.

Metbuat.az-ın müxbirinin verdiyi məlumata görə, işə gecikən sərnişinlər Metropoliten əməkdaşlarına narazılıqlarını bildiriblər. Onlar xəttə boş qatar buraxılmasını tələb ediblər. Tərəflər arasında mübahisə uzun müddət davam edib.

Sərnişinlərin israrlı tələblərindən sonra saat 08:48-da “Koroğlu” stansiyasına boş qatar daxil olub. 25-30 dəqiqə stansiyada gözləyən sərnişinlər yalnız bundan sonra yollarına davam edə biliblər.

Səbinə Hüseynova / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir