VTB (Azərbaycan) Vladimir Vısotskiyə həsr olunmuş konsertinə dəstək olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət
Məmmədova adına Opera Studiyasının səhnəsində Vladimir Vısotskinin
doğum gününə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib. Tədbir VTB
(Azərbaycan)-ın sponsorluğu ilə təşkil olunub.

Gecənin proqramında Azərbaycanın əməkdar artistlərinin, teatr və
kino aktyorlarının, estrada müğənnilərinin, eləcə də “Bakı” Müəllif
Mahnıları Klubunun nümayəndələrinin ifasında mahnılar və şeirlər
yeni təqdimatda səsləndirilib. Rəqs nömrələrini isə dövlət
teatrlarının solistləri və quruluşçu-xoreoqraflar təqdim
ediblər.




Tədbir çərçivəsində Vladimir Vısotskinin Azərbaycanla şəxsi və
yaradıcılıq əlaqələri xüsusi olaraq vurğulanıb. O, gənclik
illərində ailəsi ilə birlikdə dəfələrlə Bakıya səfər edib, yetkin
yaşlarında isə burada istirahətdə və çəkilişlərdə iştirak edib.
Sənətkarın Bakıya son səfəri onun vəfatından az əvvəl baş tutub və
bu səfər rejissor Mixail Şveytserin “Kiçik faciələr” filminin bəzi
epizodları üzərində işləmək məqsədi daşıyıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir