2031–2035-ci illərdə Rəsmi Statistikanın İnkişafına dair Dövlət Proqramı hazırlanacaq

Baş səhifə

Bakı. Trend:

2031–2035-ci illərdə Rəsmi Statistikanın İnkişafına dair Dövlət
Proqramı hazırlanacaq.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiq
Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəsmi
statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.




Belə ki, 2029– 2030-cu illərdə milli statistika sisteminin
qlobal qiymətləndirilməsinin nəticələri və rəsmi statistika
məlumatlarından istifadə üzrə məmnunluq sorğusunun nəticələri də
nəzərə alınmaqla, dövlət proqramının ilkin layihəsinin
hazırlanması, fövlət proqramı layihəsinin aidiyyəti dövlət
orqanları (qurumları) ilə razılaşdırılması və təsdiq üçün aidiyyəti
üzrə təqdim edilməsi və Sosial-iqtisadi inkişaf sahəsində dövlət
siyasətinə uyğun informasiya təminatının təkmilləşdirilməsi
məqsədilə milli statistika sisteminin üzərinə düşən vəzifələrin
müəyyənləşdirilməsi planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir