
Bakı. Trend:
2024-cü ildə ölkə üzrə təhsildə gender bərabərlik indeksi
2010-cu illə müqayisədə məktəbəqədər təhsil müəssisələri üzrə
0.846-dan 0.876-ya yüksəlib.
Trend xəbər
verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin Dayanıqlı
İnkişaf Məqsədləri statistik icmalında əks olunub.
Statistikaya görə, ümumi təhsil müəssisələri üzrə bu
göstəricilər 0.859-dan 0.880-dək, ali təhsil müəssisləri üçün isə
0.838-dən 1.030-a qədər yüksəlib. Orta ixtisas təhsil müəssisələri
üzrə isə göstərici 1.958-dən 1.680-dək enib.
Qeyd edək ki, təhsildə gender bərabərliyi indeksi kişi və
qadınların təhsildə iştirak bərabərliyi səciyyələndirən
göstəricidir. Bərabərlik indeksi vahiddən nə qədər uzaq qiymət
alarsa, cinslər arasındakı bərabərsizlik də bir o qədər böyük
olur.
Statistik icmalda həmçinin, 2015-2024-cü illər ərzində İKT-dən
istifadə bacarıqlarına malik olan şəxslərin xüsusi çəkisi barədə də
məlumat əks olunub. İnformasiya Kommunikasiya Texnologiyalarından
istifadə bacarığına malik gənclərin xüsusi çəkisi 85.3-dən 94.1
faizədək, böyüklərin xüsusi çəkisi isə 60.2 faizdən 79.4 faizədək
artıb.

