
Bakı. Trend:
Azərbaycanın Perudakı Səfirliyi aztəminatlı ailələrin uşaqlarına
Milad və Yeni İl hədiyyələri təqdim edib.
Trend-in
məlumatına görə, bu barədə səfirlik “X” sosial şəbəkəsində paylaşım
edib.
Məlumata əsasən, hədiyyələr Peru–Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun üzvü, millət vəkili Rosangella Barbaran ilə
birlikdə Perunun Komaz rayonunda yerləşən Las Lomas de Nueva
Esperanza ərazisində yaşayan aztəminatlı ailələrə təqdim
edilib.

